AZ

Aİ Rusiyaya qarşı fərdi sanksiyaları uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı fərdi sanksiyaların müddətini daha 6 ay uzadaraq iki nəfəri qara siyahıdan çıxarıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

“Bu gün Şura Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini 2025-ci il martın 15-dək uzadıb”.

Şura həmçinin iki şəxsə qarşı sanksiyaların uzadılmaması və ölən beş şəxsin siyahıdan çıxarılması barədə qərar qəbul edib.

Seçilən
129
1
operativmm.az

2Mənbələr