AZ

"Ermənistan Qərb dövlətləri tərəfindən aldadılacaq"

Ermənistan ikitərəfli əməkdaşlıq zamanı Qərb dövlətləri tərəfindən aldadılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Lukaşenko əlavə edib ki, Qərbə etibar etmək olmaz.

Avqustda Lukaşenko demişdi ki, Qərbdə Ermənistan heç kimə lazım deyil.

Bundan sonra Belarusun Ermənistandakı səfirliyinə pomidor atılıb. Buna cavab olaraq Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili aksiyanın qarşısını almaq üçün tədbirlər görülmədiyi üçün respublikanın Xarici İşlər Nazirliyinə çağırılıb.

İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyan Belarusa səfər etməkdən imtina edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
operativmm.az

1Mənbələr