AZ

Türkiyə millisinin üzvü “Qalatasaray”dan ayrılır

Türkiyə Super Liqasının son çempionu “Qalatasaray”da daha bir ayrılığın rəsmiləşməsi gözlənilir.

“Cebheinfo.az” xəbər verir ki, Halil Dervişoğlu İstanbul klubundan getməyə hazırlaşır.

Belə ki, baş məşqçi Okan Burukun yeni mövsüm planları arasında yer almayan türkiyəli futbolçu satışa çıxarılıb. Onunla “Kasımpaşa”, “Qaziantep Futbol Klubu” və “Rizəspor” kimi Super Liqa təmsilçiləri maraqlanır. Hər 3 komanda da “Qalatasaray”a transfer təklifi verib. “Cim-Bom”un və Halilin yekun qərarını qarşıdakı günlərdə verməsi gözlənilir.

Qeyd edək ki, Halil Dervişoğlu “Qalatasaray”da meydana çıxdığı 65 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib. 24 yaşlı futbolçu keçən mövsümü icarə əsasında “Hatayspor”da keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
cebheinfo.az

1Mənbələr