AZ

"Azərmaş” ASC-nin İdarə Heyətinin sədri məhkəmədə ifadə verdi

"Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emil Axundova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayıb.

E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emil Axundov ifadə verib:

"Təqsirləndirilən şəxsi 10 il bundan əvvəl vətəndaş kimi qəbul etdik. O zaman Nikoyl bankım müdiri vəzifəsində çalışırdım. Mənə sosial vəziyyətinin pis olduğunu dedi və 50 manat pul verdim. Mənə dedi ki sizə hədiyyə gətirəcəm və buna görə nömrəmi istədi və mən də verdim. Daha sonra mənə hədə-qorxular gəlməyə başladı. Təxminən 10 ildən sonra mənə mesaj yazaraq pulumu qaytarın dedi. Dedi ki, sənin qardaşının bağında iş görmüşəm və sizin mənə 40 min manat borcunuz var. Üstündən bir neçə gün keçdikdən sonra mənə dedi ki 40 min yox 100 min borcunuz var. Mın onun bu cür təhqiramiz mesajlarından sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Mənim qardaşım isə servis müdiridir. Gördü ki mənlə baş etmək olmur, sonradan qardaşımın yanına tez tez gedib gəlməyə başladı. Bu hadisələrdən sonra bildim ki qardaşımın itinə baxıb. Mən ona dedim əgər borc varsa gəl haqq hesab edək bu nə üçün olub. Həmin ərəfədə onun kartına 1000 manat atdım. 10 min manatla razılaşdıq. Onun nömrələrini bloka atırdım, lakin müxtəlif nömrələrdən zəng edirdi. Mənə dedi ki biz bilirik sənin oğlun İngiltərədə oxuyur. Bunu deməklə hədə-qorxu gəlirdi. Deyirdi evinizi partladacam. Şəxsdən şikayətçiyəm və məhkəmədən ona ən ağır cəzanın təyin edilməsini istəyirəm".

Təqsirləndirilən şəxs isə özünü elan edilən ittihamla qismən təqsirli bildiyini dedi:

"Mən Eminin ailəsini 90-cı ildən tanıyıram. Anası Rəna xanım, atası Faiq əmi də məni yaxşı tanıyır. Mən bunlardan maşın almışam, problem çıxıb. Gəlmişəm qardaşı Eldarın yanına demişəm necə edək. O da deyib 1600 manat pul vermisən, neçə ayda lizinq vermisən, onu da qaytararam. 2017-ci ildən pulumu ala bilmədim. 2005-ci ildə qardaşı Eldara karxana almışam, ancaq 50 min borcu qaldı. Mən özüm ev tikib satırdım. Yataq otaqlarının pəncərəsini qoyurdum şərq tərəfə ultra şualara görə. Mənim evlərim 2 aydan artıq qalmırdı, satılırdı. Qardaşı bir gün mənə dedi ki, 21 sotun içində ev almışam. Ancaq tikib qurtara bilmirəm. Hətta yoldaşım Nərminənin qızılları da girovdadı. Gəldim evi gördüm, dedi torpağın 500-600 min qiyməti var. İndiki durumda evə 600 min pul verirlər. Həyətində bir yara tökmüş it gördüm, dedim belə it saxlayarlar. Mən dedim Eldar mən sənə inanmıram, Eminlə də danışmırsan. Açdı telefonu gördüm Eminlə yazışması var. Mən razılaşdım, dedi ayda sənə 1500 manat maaş verəcəm. 1 il 3 ay gündə 3 dəfə gedib həmin həyətə gəlirdim. Bütün tikinti materiallarını da özüm alırdım. Eldarın mənə tək maaş kimi 47-50 min borcu var idi. Eldar 3 ay mənim evimdə yaşayıb. Qardaşı Eminin kassasından 650 min manat pul oğurlayıb. Eldar mənə öyrətdi dedi ki, de oğlun İngiltərədə yaşayır, qorxuz onda pulu verəcək. Mən Eminin ailə üzvlərini təhqir etdiyimə görə özünü qismən təqsirli bilirəm".

Təqsirləndirilən şəxsin ifadəsinə münasibət bildirən Emin Axundov dedi ki, fəhlənin bir gün pulunu verməsən sabah gəlib işləməz.

Məhkəmə prosesi 3 oktyabr tarixinə kimi təxirə salınıb.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
e-huquq.az

3Mənbələr