AZ

Azərbaycan Qran-prisi: RƏQƏMLƏR VƏ FAKTLAR

Azərbaycan Qran-prisində növbəti yarış bu həftəsonu keçiriləcək.

İdman.biz xəbər verir ki, "Formula-1"in Bakı mərhələsi böyük maraqla gözlənilir.

Yarışla bağlı diqqətçəkən bir sıra məlumatları təqdim edirik:

"Ferrari" və "Red Bull"un güzgü statistikası, Lando Norrisin cüzi rəqəmləri və Serxio Peresin rekordu - Azərbaycandakı "Formula-1" mərhələsi ərəfəsində seçilmiş əyləncəli statistika Autosport tərəfindən dərc olunub.

Yeddi il ərzində Bakıda keçirilən "Formula-1" yarışında heç bir qalib öz titulunu qoruya bilməyib.

Bakıda 6 pilot qalib gəlib: Niko Rosberq, Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen. Ancaq burada yalnız bir nəfər bir dəfədən çox qalib gəlib. O, F1-də dəfələrlə dünya çempionu olmuş Hemilton və ya Ferstappen deyil, 2021 və 2023-cü illərdə Bakı mərhələsində qalib gələn Peresdir.

Serxio Peres həm də Azərbaycanın paytaxtında podiumların sayına görə rekordçudur. Meksikalı burada beş dəfə ilk üçlükdə yer alıb. Müqayisə üçün qeyd edək ki, onun komanda yoldaşı Maks Verstappen Bakıda cəmi iki dəfə bunu bacarıb.

Cari mövsümün favoritlərindən olan Lando Norris Bakıda keçirilən dörd Qran Pridən cəmi 18 xal toplayıb ki, bu da ikinci yerə bərabərdir. Keçən il britaniyalı burada əsas yarışda beşinci, sprintdə isə 17-ci olub. Bununla belə, "McLaren"in hazırkı əla formasını nəzərə alsaq, Landonun bu statistikanı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün hər şansı var. Bukmeker kontorlarının analitikləri də belə düşünürlər. Norrisin təsnifat mərhələsi və əsas yarışda ikiqat qələbəsinə 3,5 əmsal verilir. Müqayisə üçün deyək ki, reytinqin ikinci pilləsindəki Maks Verstappenin eyni uğurunun əmsalı 15-dir.

2019-cu ildən Bakıda 1,43,009 dövrə rekordu Azərbaycanda nəinki qalib gəlməyən, hətta podiuma cəmi bir dəfə - 2023-cü ildə ikinci yeri tutmaqla çıxan Şarl Leklerə məxsusdur.

İndiyədək yalnız iki pilot - 2016-cı ildə Niko Rosberq və 2019-cu ildə Valtteri Bottas Bakıda poul mövqeyini qələbəyə çevirə bilib.

"Red Bull Racing" Bakıda dörd dəfə qalib gəlsə də, heç bir poul qazana bilməyib. "Ferrari" isə, əksinə, dörd poul mövqeyinə sahib olsa da, bir qələbəsi belə yoxdur.

Bakı Şəhər Halqasının nəhəng düz magistral yolunun uzunluğu - sonuncu döngədən birinci döngəyə qədər - 2,2 km-dir. Bu, Monakoda başqa bir şəhər trasının yarım dövrəsindən çoxdur.

Valtteri Bottas 2016-cı ildə məşq zamanı Formula 1 traslarında maksimal 378 km/saat sürət yığaraq rekorda imza atıb.

Yalnız 2016-cı ildə Bakıda keçirilən debüt yarışına təhlükəsizlik avtomobili daxil olmayıb. Ümumilikdə, növbəti altı yarışda təhlükəsizlik maşını trasda 44 dövrə keçirib ki, bu da Azərbaycan Qran Prisinin məsafəsinin üçdə ikisindən çoxunu təşkil edir.

Bakıda ilk dəfə Formula 1 üzrə dünya çempionatının mərhələsi payızda keçiriləcək. Əvvəlki yarışlar aprel və iyun aylarında keçirilib.

İdman.biz

Seçilən
161
1
idman.biz

2Mənbələr