AZ

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində görüş olub (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Misirin ölkəmizdəki Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycan Dillər Universitetinin dekan, müəllim və tələbə heyəti ilə görüş keçirilib.

Hafta.az-ın yazdığına görə, mərkəzin rəhbəri, professor Tarek Məhəmmədlə görüşdə universitetin Tərcümə və Regionşünaslıq fakultəsinin dekanı Bənövşə Məmmədova, fakültə İdarə Heyətinin üzvü Nəsimi Həsənov, fakultənin müəllimi Ülviyyə Hüseynova və tələbələr iştirak edib.

Görüşün keçirilməsinə dəstək verdiyinə görə universitetin rektoru, akademik Kamal Abdullayevə təşəkkür edən Mərkəzin rəhbəri Tarek Məhəmməd tələbələrlə səmimi atmosferdə söhbət edib, onları mərkəzin fəaliyyəti ilə yaxından tanış edib.

Daha sonra çıxış edən dekan Bənövşə Məmmədova universitetlə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əlaqələrin möhkəmlənməsi və tədbirlərin təşkili ilə bağlı təkliflər irəli sürüb.

Sonda Mərkəzin rəhbəri qonaqlarla xatirə şəkli çəkdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
hafta.az

1Mənbələr