Sudanda vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayı 242-yə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 18 əyalətdən 8-də yayılan xəstəliyə yoluxma sayı 6 min 968-ə çatıb. Bildirilib ki, vəba xəstəliyinin yayılmasına səbəb ölkədə yağış və daşqınlar olub. Təbii fəlakət nəticəsində 250 min 111 nəfər zərər çəkib.
Türkan İSGƏNDƏRLİ