AZ

Sahibkarlar Belqradda keçiriləcək beynəlxalq şərab sərgisinə dəvət olunurlar

Bu ilin 22-24 noyabr tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində 3-cü beynəlxalq "Wine Vision by Open Balkan" sərgisi keçiriləcək.

AZPROMO-nun məlumatına görə, sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları 15 oktyabr 2024-cü il tarixinədək winevision.biz veb-saytından qeydiyyatdan keçə bilərlər. Komissiya tərəfindən seçiləcək şirkətin bir nümayəndəsi üçün aviabilet, yaşayış və sərgi bileti xərcləri qarşılanacaq.

Sərgi ilə bağlı əlavə məlumatlarla buradan tanış olmaq olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
vergiler.az

1Mənbələr