Kriştiano Ronaldo maraqlı açıqlama ilə diqqət çəkib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı şəxsi yutub kanalında "Real"ın üzvü Cud Bellinqem haqda danışıb. Ronaldo ingiltərəlini tərifləyib:

"Cud Bellinqemin böyük potensialı, istedadı var. O, Kamavinqa, Rodriqo, Vinisius kimi böyüyür. Onu zirvələrə aparacaq komandadadır. Cud öz nəslinin ən yaxşı oyunçularından birinə çevriləcək”.