"ABŞ"nin maliyyə xidmətləri şirkəti Mastercard 2,65 milyard dollara "Recorded Future" kibertəhlükəsizlik şirkətini almağa razılaşıb.
Redaktor.az xəbər verir ki, şirkətdən verilən açıqlamada satın almanın 2025-ci ilin birinci rübündə başa çatdırılmasının gözlənildiyi bildirilib.
Açıqlamada "Recorded Future"un 45 ölkənin hökumətləri və "Fortune 100" şirkətlərinin yarısından çoxu olmaqla 75 ölkədə 1900-dən çox müştərisinin olduğu və bu alışın "Mastercard"ın şəxsiyyətinə, saxtakarlığın qarşısının alınmasına, real vaxt rejimində qərarların qəbulu və kibertəhlükəsizlik xidmətlərinə faydalı olacağı qeyd olunub.
Sevinc İBRAHİMZADƏ