AZ

Bu il Azərbaycanda iqtisadi artım əsasən qeyri neft-qaz sahələri hesabına təmin edilib

Bu ilin birinci yarısında Azərbaycanda iqtisadi artım əsasən qeyri neft-qaz sahələri hesabına təmin edilib, neftin faktiki qiymətinin büdcədə yenidən baxılmış qiymətini üstələməsi il sonunda neft-qaz sektoru üzrə ÜDM-in faktiki məbləğinin yenidən baxılmış məbləğdən çox olacağını deməyə əsas verib.

Bu barədə "APA-Economics"ə Hesablama Palatasından bildirilib.

Hesabat dövründə ÜDM 59520,4 milyon. manat olmuş, 4,3% iqtisadi artım qeydə alınmışdır. İqtisadi artıma əhəmiyyətli müsbət təsir qeyri neft-qaz sahələrindən formalaşmış, ÜDM-də bu sahələrin payı 65,2%-ə yüksəlmişdir. Neftin faktiki qiymətinin büdcədə hesablanmış qiyməti üstələməsi ilin birinci yarısında neft-qaz ÜDM-i üzrə illik proqnozun 56,6%-nin icrası ilə nəticələnmişdir (Cədvəl 1). Neftin qiymətinin birinci yarımildə proqnozdan əhəmiyyətli çox qeydə alınması növbəti aylarda neftin orta aylıq qiymətinin 65,0 ABŞ dolları olacağı təqdirdə belə neftin qiymətinin illik proqnozundan aşağı olmayacağını göstərir. Bu isə ilin sonunda müvafiq sektorda ÜDM-in faktiki nominal məbləğinin proqnozdan çox olacağını deməyə imkan verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
apa.az

2Mənbələr