AZ

Aİ Rusiyaya qarşı sanksiyaların müddətini daha altı ay uzadıb

Şura bu gün Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən şəxsləri hədəf alan məhdudlaşdırıcı tədbirlərin daha altı ay müddətinə, 2025-ci il martın 15-dək uzadılması barədə qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı məlumat yayıb.

Mövcud məhdudlaşdırıcı tədbirlər fiziki şəxslərin səyahətinə məhdudiyyətlər, vəsaitlərin və ya digər iqtisadi resursların sadalanan fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Sanksiyalar Rusiyanın Ukraynaya qarşı davam edən hərbi hücumuna cavab olaraq 2200-dən çox fiziki və hüquqi şəxsə şamil ediləcək.

Sanksiyaların nəzərdən keçirilməsi kontekstində Şura həmçinin iki şəxsin siyahılarının yenilənməməsi və 5 vəfat etmiş şəxsin siyahıdan çıxarılması barədə qərar qəbul edib.

Məlumatda bildirilir ki, 24 fevral 2022-ci il tarixindən sonra Rusiyanın Ukraynaya qarşı hərbi hücumuna cavab olaraq Aİ Rusiyanın iqtisadi bazasını əhəmiyyətli dərəcədə zəiflətmək, onu kritik texnologiyalardan və bazarlardan məhrum etmək və müharibə aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq məqsədi ilə Rusiyaya qarşı sanksiyaları genişləndirdi.

Avropa Şurası həmçinin sanksiyaların tam və effektiv şəkildə həyata keçirilməsinə, habelə onlardan yayınmağa qarşı əlavə tədbirlər görməyə çağırıb və Aİ-nin Rusiyanın müharibə aparmaq imkanlarını daha da məhdudlaşdırmağa hazır olduğunu bildirib.

Seçilən
77
1
apa.az

2Mənbələr