İki illik hazırlıqdan və bir neçə gecikmiş buraxılışdan sonra “Polaris Dawn” missiyasının dörd astronavtı “Dragon” gəmisi və Amerikalı milyarder İlon Maskın “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə kosmosa uğurlu çıxış edib.
Bizim.Media xəbər verir ki, ekipaj üzvləri bütün orbital missiyalardan daha uzağa və daha yüksəklərə uçaraq tarixdə ilk dəfə olaraq kosmosa turist aparıblar.
Üç Polaris missiyasına 41 yaşlı milyarder aviator Cared Ayzekman kapitan və sponsorluq edib.
İndi o, SpaceX-in aparıcı mühəndisi Sara Gillis ilə birlikdə gəmini kosmosa buraxıb. Heyətdə həmçinin Anna Menon, eləcə də Ayzekmanın dostu, ABŞ Hərbi Hava Qüvvələrinin təqaüdçü pilotu Skott Kidd Poteet olub.
Onlar kosmosda bir neçə dəqiqə vaxt keçirib. Kosmonavtlar “Crew Dragon” gəmisinə kabel vasitəsilə bağlanıblar.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta