AZ

Paşinyan yenidən hər kəsin gözündə ağ olan qatığın qara olduğunu iddia edir...

Nikol Paşinyan bir daha bildirib ki, Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən qorunması ilə bağlı üçtərəfli sazişdə heç bir şey yoxdur...

Politoloq: “Bəli, Paşinyan sazişin həmin maddəsinin olmadığını deyib. Amma bizim üçün Zəngəzur dəhlizi rusların, ermənilərin qoruması önəmli deyil. Bizim üçün önəmli olan dəhlizin açılması və təhlükəsizliyin təmin olunmasıdır”.

Ermənistan sülh müqaviləsinin maddələrini sonradan istədiyi və arzuladığı kimi şərh edəcəksə, o zaman Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamasının heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan sülh müqaviləsini imzaladıqdan sonra onu icra etməkdən imtina edəcəksə, bu birmənalı şəkildə gələcək üçün ciddi təhlükələr yarada bilər”.

Bu sözləri politoloq Samir Hümbətov Ermənistanın baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Ermənistanın baş naziri Nikol Paşinyan bir daha bildirib ki, Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən qorunması ilə bağlı üçtərəfli sazişdə heç bir şey yoxdur və bu funksiyanı Ermənistan həyata keçirməlidir. Amma siyasətdən və diplomatiyadan uzaq olan hər kəs də bilir ki, bu belə deyil və üçtərəfli sazişdə yolun Rusiya FTX tərəfindən qorunması açıq mətnlə yazılıb. Yəni faktiki olaraq Paşinyan hər kəsin gözündə ağ olan qatığa qara deməkdə davam edir.

Paşinyan özünün imzaladığı sazişi bu qədər açıq şəkildə və çəkinmədən təhrif edirsə, o zaman Ermənistan hakimiyyəti faktiki olaraq sülh sazişi imzalamaq üçün etimad dairəsini yox etmirmi? Bu durumda Ermənistanla sülh sazişini imzalamaq hansısa riskləri daşıyırmı?

Mövzunu Poliqon-un əməkdaşı “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Hər bir vəziyyətdə imzalanacaq sülh müqaviləsi regiona davamlı sülh gətirməlidir. Yəni Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Beləliklə də, tərəflər regionda təhlükəsizliyə təminat verməlidir”.

Tərəflərin regionda təhlükəsizliyə təminat verməli olduğunu vurğulayan politoloq Poliqon-a açqıqlamasında qeyd edib ki, bu, indiki halda hələ ki, real görünmür:

“Bəli, Paşinyan üçtərəfli sazişin 9-cu maddəsində yolun Rusiya FTX tərəfindən qorunmalı olduğnun yazılmadığını iddia edir. Halbuki Paşinyanın üçtərəfli sazişin 9-cu maddəsini necə yozmasından və şərh etməsindən asılı olmayaraq, bu belə deyil. Amma bizim üçün Zəngəzur dəhlizi rusların, ermənilərin qoyuması önəmli deyil. Bizim üçün önəmli olan dəhlizin açılması və təhlükəsizliyin təmin olunmasıdır. Cənab Prezident İlham Əliyev də qeyd etdi ki, bizim üçün önəmli olan dəhlizin təhlükəsizliyinin təmin olunmasıdır. Yəni biz Ermənistana etibar etməyə bacarmalıyıq. Bu da o deməkdir ki, Ermənistan bizə güvən verməlidir.

Hələ ki, bu Ermənistanda mümkün deyil. Həmçinin Ermənistan dəhlizin təhlükəsizliyinə Rusiyanın baxmasını istəmirsə, bu zaman başqa alternativlər təklif etməli və bu problemi ilk növbədə Rusiya ilə razılaşdırmalıdır. Çünki sazişi imzalayan tərəflərdən biri və əsasən Ermənistan üçün qarant rolunda çıxış edən Rusiya olub.

Samir Hümbətov: “Azərbaycana elə bir sülh sazişi lazımdır ki, gələcəkdə ermənilər onu istədikləri kimi şərh edə bilməsinlər”.

Eyni zamanda sülh müqaviləsi məsələsinə də Azərbaycanın aydın baxışı və tələbi var. Bu baxış və tələb ondan ibarətdir ki, Azərbaycana qarşı səsləndirlən iddia Ermənistan konstitutsiya və digər qanunverici aktlarından birmənalı şəkildə çıxarılmalıdır. Yəni Azərbaycana qarşı hər hansı bir iddia qalmamalıdır. Bu tələblər yerinə yetirilməlidir və tam təminat da verilməlidir. Digər tərəfdən Azərbaycana elə bir sülh sazişi lazımdır ki, gələcəkdə ermənilər onu istədikləri kimi şərh edə bilməsinlər.

Bu tələblər Ermənistan tərəfindən yerinə gətiriləcəksə, bu avtomatik olaraq tərəflər arasındakı münasibətlərin normallaşmasına müsbət mənada təsir göstərəcək. Yox, əgər Ermənistan bu tələbləri yerinə yetriməyəcəksə və sülh müqaviləsinin maddələrini sonradan istədiyi və arzuladığı kimi şərh edəcəksə, o zaman Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamasının heç bir əhəmiyyəti yoxdur. Çünki Ermənistan sülh müqaviləsini imzaladıqdan sonra onu icra etməkdən imtina edəcəksə, bu birmənalı şəkildə gələcək üçün ciddi təhlükələr yarada bilər.

Hər bir vəziyyətdə imzalanacaq sülh müqaviləsi regiona davamlı sülh gətirməlidir. Yəni Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Beləliklə də, tərəflər regionda təhlükəsizliyə təminat verməlidir. Bu isə indiki halda hələ ki, real görünmür”.

Nərminə UMUDLU
Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
poliqon.info

1Mənbələr