AZ

Sabunçuda ötən ilin yekununa həsr olunan təhsil konfransından - Fotolar

12.09.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu rayonu üzrə 2023-2024-cü tədris ilinin yekununa həsr olunmuş Təhsil konfransı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, ali məktəblərə qəbul imtahanında yüksək nəticələr əldə etmiş məzunlar və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

İlk olaraq konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edilib.

Konfrans Sabunçu rayonu, 67 nömrəli tam orta məktəbin təqdimatında möhtəşəm kompozisiya ilə davam edib.

Konfransın rəsmi hissəsini açıq elan edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iştirakçıları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi və ölkəmizdə aparılan təhsil islahatları barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, təhsil sahəsinin inkişaf etdirilməsi Ulu öndər Heydər Əliyev siyasətinin prioritet istiqamətlərdən biri olub.

Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. 

A.Vəliyev vurğulayıb ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir.

Xalqın parlaq gələcəyinə hesablanan bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva Sabunçu rayonu üzrə 2023-2024-cü tədris ilinin yekunu barədə hesabatı təqdim edib.

Daha sonra tələbə adını qazanmış gənclər və 2023-2024-cü tədris ili üzrə yüksək nailiyyətlər əldə etmiş müəllimlər çıxış edərək bildiriblər ki, Azərbaycanda yeni gənc nəslin sağlam yetişməsi və vətənpərvər ruhda tərbiyə olunmasında təhsilin, xüsusilə məktəbin əhəmiyyəti çox böyükdür və bütün bu uğurlar Prezident cənab İlham Əliyevin təhsil sahəsində apardığı məqsədyönlü siyasətin bariz sübutudur.

Konfransın sonunda 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanında Sabunçu rayonu üzrə ən yüksək nəticələr göstərmiş məzunlara Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub. O cümlədən, 2023-2024-cü tədris ilinin nəticələrinə görə fərqlənən təhsil işçiləri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
qafqazinfo.az

1Mənbələr