AZ

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pul almaqda təqsirləndirilən vəkil həbs edildi

Bakı. Trend:

Vəzifəli şəxsin qərarına təsir göstərmək adı ilə vətəndaşdan pulalmaqda təqsirləndirilən vəkil həbs edilib.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə VəkillərKollegiyasının birgə məlumatında deyilir.

Bildirilib ki, Bakı şəhərində yerləşən “Kamandar Nəsibov vəpartnyorları” vəkil bürosunun vəkili Rzayev Babək Vahid oğlununqanunsuz əməlləri barədə toplanmış materiallar əsasında NaxçıvanMuxtar Respublikası Prokurorluğunda cinayət işi başlanıb.

İstintaq tədbirləri ilə vəkil Babək Rzayevin muxtar respublikadamüvafiq məhkəmənin icraatında olan cinayət işi üzrə özünün həqiqivə ya güman edilən təsir imkanlarından istifadə edərək müvafiqvəzifəli şəxsin qərarına təsir etmək imkanına malik olmasınıvətəndaşlara bildirməklə 2024-cü ilin iyun ayı ərzində müxtəlifməbləğlərdə müqavilədən kənar pul vəsaitini tələb edib almasınaəsaslı şübhələr əldə edilib.

İş üzrə toplanmış sübutlar əsasında Babək Rzayev AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsinqərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində müstəntiqinvəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirənprokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkantədbiri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası tərəfindən vəkil barəsindəqanunvericilikdə nəzərdə tutulmuş qaydada araşdırma aparılır vəonun davranışına hüquqi qiymət veriləcək.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətintörədilməsində hər hansı şəkildə iştirak etmiş digər şəxslərinmüəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyatakeçirilməsi davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
45
az.trend.az

10Mənbələr