AZ

Frankfurtda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib

Frankfurtda

Berlin, 12 sentyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Frankfurt (Frankfurt am Mayn) şəhərində səyyar konsulluq xidməti göstərilib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın Frankfurtdakı nümayəndəliyinin binasında təşkil olunan xidmət zamanı ümumvətəndaş pasportunun yenilənməsi üçün 82 vətəndaşın müraciəti qəbul edilib.

Qeyd edək ki, səfirlik tərəfindən səyyar konsulluq xidməti cari ilin mart və may aylarında Köln və Münxen şəhərlərində də təşkil olunub. Hər üç qəbul nəticəsində ümumilikdə 273 vətəndaşımız Berlinə səfər etmədən pasportlarını yeniləyə bilib. Növbəti aylarda səyyar konsulluq xidmətinin Almaniyanın digər böyük şəhərlərində də təşkil olunması planlaşdırılır. Məqsəd bu, yaxud digər səbəblərdən Berlinə səfər edə bilməyən vətəndaşlarımıza yerində operativ və rahat xidmət göstərməkdir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
azertag.az

1Mənbələr