AZ

İran Aİ-nin dörd ölkəsinin səfirlərini Xarici İşlər Nazirliyinə çağırdı

Böyük Britaniya, Fransa, Hollandiya və Almaniyanın İrandakı səfirləri bu ölkələrin İrana qarşı iddia edilən Rusiya ilə hərbi əməkdaşlıq bəyanatlarından sonra Xarici İşlər Nazirliyinə çağırılıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Mizan" agentliyi məlumat yayıb.

“Bəzi Avropa ölkələrinin qeyri-konstruktiv bəyanatlarından sonra Böyük Britaniya, Fransa, Hollandiya və Almaniyanın Tehrandakı səfirliklərinin rəhbərləri Xarici İşlər Nazirliyinə dəvət olunub,” - deyə məlumatda bildirilir.

Sentyabrın 2-də "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yaymışdı ki, Tehran yaxın zamanda Moskvaya ballistik raketlərini verməyi planlaşdırır. Məqalə müəlliflərinin sözlərinə görə, Rusiya guya bu raketləri Ukraynada hərbi əməliyyatlarda istifadə etməyi nəzərdə tutur.

Məsələni şərh edən Kremlin mətbuat katibi Dmitri Peskov məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb.

Sentyabrın 10-da London, Paris və Berlinin birgə bəyanatında qeyd olunub ki, Rusiyaya ballistik raket və digər silah tədarükündə iştirak edən əsas təşkilatlar və şəxslər müəyyən ediləcək. Həmçinin "Iran Air" şirkətinə qarşı sanksiyaların tətbiqi istiqamətində işlərin aparılması planlaşdırılıb.

Seçilən
75
iqtisadiyyat.az

1Mənbələr