AZ

Endi Menqan Brexit qaydalarına “Real”a keçə bilmədi

“Stokport Kaunti”nin baş məşqçi köməkçisi Endi Menqan Brexit qaydalarına görə “Real”ın təklifindən imtina etmək məcburiyyətində qalıb.

Arena.az bu barədə “The Times” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, Brexit qaydaları Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə qanunlar külliyyatını ehtiva edir.

Mənbənin məlumatına görə, ingilis mütəxəssis “Real”ın məşqçilər qərargahına daxil olmaq üçün “qaymaqlılar”ın italyan baş məşqçisi Karlo Ançeloti ilə razılığa gəlsə də, İspaniyada iş icazəsi ala bilməyib.

Vurğulanır ki, bu məqsədlə apellyasiya şikayəti vermək olar, amma şikayətin təmin ediləcəyinin ehtimalı çox azdır. Menqan, Ançelottiyə, ingilis mütəxəssislə məşqçilik kursu keçmiş, italyan mütəxəssisin oğlu Davide tərəfindən tövsiyə edilib.

Xatırladaq ki, “Real” İspaniya La Liqasının 2024/2025-ci illər mövsümündə 4 oyundan 8 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. La Liqaya 4 oyundan mütləq nəticə göstərməklə 12 xal toplamış “Barselona” başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
arena.az

1Mənbələr