AZ

MLS mərc oyunlarında iştirak etmiş futbolçunu cəzalandırdı

MLS “Sportinq Kanzas-Siti”nin kolumbiyaəsilli amerikan yarımmüdafiəçisi Felipe Ernandeslə ortaq müqaviləsini ləğv edib.

Arena.az bu barədə “Sportinq Kanzas-Siti”nin rəsmi saytına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, müqavilənin ləğvində əsas səbəb Ernandesin mərc oyunları ilə bağlı məsələdə qanun pozuntusuna təkrar yol verməsidir.

“Sportinq Kanzas-Siti”nin məsələ ilə bağlı rəsmi bəyanatında bunlar qeyd olunub:

“MLS, liqanın mərc oyunları ilə qaydalarını ikinci dəfə pozduğuna dair iddiaların araşdırılmasından sonra “Sportinq Kanzas-Siti”nin yarımmüdafiəçisi Felipe Ernandesin müqaviləsini ləğv edib. Liqanın mərc oyunları siyasətini pozduğuna görə 2021-ci ildə fəaliyyəti dayandırılmış Ernandes, komissarlığa verilmiş ərizəyə əsasən, 2026-cı il yanvarın 1-də vəzifəsinə bərpa edilə biləcək. Liqanın təhqiqatı daxili məlumatların açıqlanmasına və ya hər hansı oyunun bütövlüyünün pozulduğuna dair heç bir dəlil tapmayıb”.

Seçilən
52
arena.az

1Mənbələr