"Unisell" şirkəti Dövlət İmtahan Mərkəzini (DİM) məhkəməyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Nəriman Abıyev iş üzrə hakim təyin edilib.
Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.
Cari ilin aprel ayında "Unisell" MMC DİM-in müxtəlif katriclərin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.
Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 139 663,62 manat olub.
İddialara görə, şirkətlə DİM arasındakı məhkəmə çəkişməsinin kökündə bu məsələ dayanır.
Hüseyn