AZ

5 milyon manatlıq 4500 damazlıq mal yoxa çıxıb…

Image

Akif Nəsirli: “Hökumətin ayırdığı vəsait ya səmərəli istifadə olunmayıb, ya da korrupsiyaya uğrayıb”

Azərbaycan Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılıb. Qeyd edək ki, aparılan qiymətləndirmələr zamanı bir sıra problemlər aşkarlanıb.

Onlardan biri kimi cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risqlər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirilməsidir. Eyni zamanda, auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanın alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilib.

Dövlətin maliyyələşdirdiyi 5,1 milyon manatlıq damazlıq heyvanların təsərrüfatlarda olmamasının səbəbi nədir?

“Heyvanların alınması sənədləşdirilib, ancaq ortada heyvan yoxdur. bu isə o deməkdir ki, qeyd edilən sahəyə yönələn vəsait mənimsənilib” 

Liberal Iqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, hökumətin ayırdığı vəsait ya səmərəli istifadə olunmayıb, ya da korrupsiyaya uğrayıb: “Heyvanlar alınması sənədləşdirilib, ancaq ortada heyvan yoxdur. Bu isə o o deməkdir ki, qeyd edilən sahəyə yönələn vəsait mənimsənilib. Müəyyən layihə əsasında xaricdən heyvan alınıb gətirilir.  O heyvanların yerli şəraitə uyğunlaşması üçün reabilitasiya müddəti müəyyən olunur. Bu müddətdə də baytar nəzarəti mütləqdir. Baytar nəzarətinə də vəsait ayrılır. Baytar nəzarəti ona görə vacibdir ki, heyvanların yerli şəraitə uyğunlaşmasına  mütəmadi olaraq nəzarət edilir. Təəssüf ki, həmin vəsait baytara ödənilmir, baytarın xidmətindən istifadə olunmur. Cuzi bir məbləğlə kiminləsə müqavilə bağlayıb, həmin vəsait mənimsənilir. Nəticədə isə idxal olunan heyvan təsərrüfatlarda tələb olur, sıradan çıxır”. 

Ekspert hesab edir ki, bu cür xoşagəlməz faktlar aşkar olunduqca aidiyyəti şəxslər məsuliyyyətə cəlb olunmalıdır. Normativ hüquqi akt müəyyən olunmalıdır ki, bu işlə məşğul olan şəxslər cəzalandırılsın. 

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
baki-xeber.com

1Mənbələr