AZ

“Cəbrayıl”la “Baku Sportinq” səfərdə qələbə qazandı

Azərbaycan I Liqasında 1-ci turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Difai” evdə “Cəbrayıl”a, “İmişli” isə “Baku Sportinq”ə minimal hesabla uduzub.

Dünən keçirilən mövsümün açılış oyununda da minimal hesab qeydə alınıb. Belə ki, "Karvan" "Qaradağ Lökbatan"ı 1:0 hesabı ilə məğlub edib.
  
I Liqa
I tur
12 sentyabr

“Difai” – “Cəbrayıl” 0:1
Qol:
Əşrəf Zeynallı, 46.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“İmişli” – “Baku Sportinq” 1:2
Qollar:
Seyxan Fərəcov, 12-pen – Elvin Valiyev, 33. Şahin Balejay, 39.
Tovuz şəhər stadionu, 18:00.

İlk tura sabah yekun vurulacaq:

13 sentyabr 

17:00. MOİK – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Aydın Bəxşiyev, Rəsul Babayev
Lökbatan OİK stadionu

17:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Vüqar Həsənli, Rəhman Aslanov, Samir Qaracayev, Murad Səlimov
Qəbələ şəhər stadionu
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
fanat.az

1Mənbələr