AZ

Politico: Stoltenberg Münhen Təhlükəsizlik Konfransının rəhbəri təyin olunacaq

Şimali Atlantika Alyansının hazırkı baş katibi Yens Stoltenberq 2025-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransının sədri olacaq. Elchi.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən yazır.Jurnalistlər izah ediblər ki, Stoltenberq gələn ilin fevralında elit müdafiə forumunun iclasından sonra vəzifəsinin icrasına başlayacaq.Xatırladaq ki, Stoltenberq 2014-cü ildən NATO-nun baş katibi vəzifəsini tuturdu. O, 2022-ci ilin oktyabrında vəzifəsini tərk etməli idi, lakin alyans ölkələrinin liderləri onun mandatını 2023-cü il sentyabrın 30-dək, sonra isə daha bir il uzatmaq qərarına gəliblər.Daha əvvəl bildirilmişdi ki, NATO-nun yeni baş katibi , Niderlandın keçmiş baş naziri Mark Ruttenin andiçmə mərasimi oktyabrın 1-də baş tutacaq.Nuranə Məmmədova 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
elchi.az

1Mənbələr