AZ

“Harvi Vaynşteynə qarşı yeni ittihamlar irəli sürülüb” – NYT


“Nyu-Yorkda böyük münsiflər heyəti amerikalı prodüser Harvi Vaynşteynə qarşı yeni cinayət ittihamı irəli sürüb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Bildirilir ki, Vaynşteyn təcili ürək əməliyyatı səbəbindən məhkəmə zalında ola bilmədiyi üçün işin mahiyyəti hələ açıqlanmayıb. Qeyd olunur ki, cinsi zorakılıqla bağlı üç yeni ittiham ola bilər.
İyul ayında prokurorlar Vaynşteynin əli ola biləcəyi yeni cinsi təcavüz halları ilə bağlı araşdırma elan edib.  Buna səbəb əvvəllər bundan imtina edən zərərçəkmişlərin ifadə verməyə razılıq vermələri olub. İşə mahiyyəti üzrə baxılması noyabrda başlaya bilər.
Xüsusilə “İngilis xəstəsi” (1996), “Aşiq Şekspir” (1998) və “Günahlar şəhəri” (2005) filmləri sayəsində məşhurlaşan Vaynşteyn 2020-ci ildə cinsi təcavüz ittihamlarına görə 23 il həbs cəzasına məhkum edilib. Los-Anceles məhkəməsi daha sonra zorlama işində onun cəzasına daha 16 il əlavə edib.
Aprel ayında Nyu-Yorkun yuxarı məhkəməsi Vaynşteynin müdafiəsinin apellyasiya şikayətindən sonra onun 23 illik həbs cəzasını ləğv edib. Bununla belə, prodüser Los-Anceles məhkəməsinin qərarına görə dəmir barmaqlıqlar arxasında qalmağa davam edir və bununla da etiraz etməyə çalışır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
yeniavaz.com

1Mənbələr