AZ

"Qərbin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir" - Putin

Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun mahiyyətini dəyişir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə bildirib.

Putin deyib ki, Ukrayna Qərbin köməyi olmadan Rusiyanın dərinliklərinə zərbələr endirə bilməz.

"Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı artıq münaqişənin özünün mahiyyətini, təbiətini əhəmiyyətli dərəcədə dəyişir. Bu o deməkdir ki, NATO ölkələri, ABŞ, Avropa ölkələri Rusiya ilə müharibə aparır", - prezident qeyd edib.

"Əgər bu belədirsə, münaqişənin mahiyyətinin dəyişməsini nəzərə alaraq, biz bizə yaradılacaq təhdidlərdən irəli gələrək müvafiq qərarlar qəbul edəcəyik", - Putin vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
azpolitika.info

6Mənbələr