…7 xarici jurnalist Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Xaricilər Rusiya sərhədini pozaraq Kursk vilayətinin ərazisinə qanunsuz daxil olublar. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısında Amerikanın CNN telekanalından Nik Uolş, İtaliyanın RAI-dən Stefani Battistini və Simoni Traini, həmçinin Almaniyanın Deutsche Welle-dən Nikolas Konolli var.
TASS xəbər verir ki, bundan başqa, siyahıda Ukrayna nəşrlərinin əməkdaşları Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik də var.
Adları çəkilən jurnalistlər əvvəllər Rusiya Federal Təhlükəsizlik Xidmətinin başlatdığı cinayət işlərində iştirak ediblər.
Xaricilər Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Sudjadan təbliğat xarakterli reportajlar çəkiblər.
Bununla yanaşı, jurnalistlər yaraqlıların şəhərdə törətdiyi dağıntılara və dinc sakinlərin öldürülməsinə məhəl qoymayıblar.
Əli Babayev