AZ

İsveçrə bankları xəbərdarlıq etdi - Riskləri açıqladılar

İsveçrə bankları əsas riskləri kimi digər ölkələrə qarşı tətbiq olunan beynəlxalq sanksiyaları göstəriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrə Bankirlər Assosiasiyasının (SBA) və zeb məsləhətçilərinin hazırladığı hesabatda qeyd olunub.

Belə ki, bankların fəaliyyətinə təsir edə biləcək 34 geosiyasi risk müəyyən edilib. Banklar neytral İsveçrənin təhlükəsiz maliyyə mərkəzi statusunu qorumaq üçün sanksiyalara düzgün yanaşmanın vacibliyini vurğulayıblar.

SBA-nın sədri Marsel Roner isə hesab edir ki, İsveçrə bu məsələdə daha aktiv mövqe tutmalı və bəzi hallarda mübahisəli və problemli olan tədbirlərin passiv icraçısına çevrilməməlidir.

Əlavə olaraq, bankirlər Rusiya və Ukrayna arasındakı münaqişəni, ABŞ-dəki mümkün borc böhranını, eləcə də Avropa İttifaqı, Rusiya və Çin arasındakı gərginliyi əsas risklər sırasında göstəriblər.

Məlumat üçün bildirək ki, 2023-cü ilin yazında İsveçrədəki banklar öz vətənlərində vergi ödəyən rusların hesablarını bağlamaqla hədələyərək Rusiyadan gələn müştərilərin köçürmələrini izləməyə başlayıblar. 2024-cü ilin martında İsveçrə bankları Rusiya pasportu olan ölkə vətəndaşlarının hesablarını bağlamağa start verilər. "UBS" və "Credit Suisse" müştəriləri bu təcrübə ilə qarşılaşıblar. İsveçrə bankları hətta Rusiyaya cüzi məbləğlərin köçürülməsi üçün hesabları bağlamağa başlayıblar və bəzi hallarda Rusiya vətəndaşlığından imtinanın təsdiqini tələb edirlər.

Seçilən
130
iqtisadiyyat.az

1Mənbələr