AZ

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı

"Qarabağda baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyinin üzərinə düşür".

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O , digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana qaytarılmasını şəxsən rəsmi İrəvana təklif etdiyini vurğulayıb.

Belarus Prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.

O qeyd edib ki, əvvəllər Azərbaycan Prezidenti İlham Əliyevlə bu regionda hər şeyin sülh yolu ilə həllini müzakirə ediblər .

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
3
publika.az

6Mənbələr