Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı məsələləri, eləcə də ikitərəfli Ermənistan-Amerika gündəmini müzakirə ediblər.