AZ

Daha dörd amerikalı Rusiyaya casusluq edib – DETALLAR

Florida ştatında hakimlər dörd ABŞ vətəndaşını Rusiya hökuməti üçün çalışdıqlarına görə xarici agent kimi təqsirli bilib.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Ədliyyə Nazirliyi yayıb.

“Bu gün hakimlər 82 yaşlı Omali Yeshitela, 78 yaşlı Penni Hess, 34 yaşlı Cessi Nevel və 38 yaşlı Avqust S. Romaini xarici agent kimi ittiham edib”, nazirliyin bəyanatında deyilir.

Onların hamısı Rusiya anti-qloballaşma hərəkatının rəhbəri Aleksandr İonovla əlaqəli olub. Bu şəxsin özü də ABŞ vətəndaşlarını Rusiya hakimiyyətinin qanunsuz agentləri kimi fəaliyyətə cəlb etməkdə ittiham olunub.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
konkret.az

1Mənbələr