AZ

Rada deputatı kişini döyüb - Kiyevdə

Ukrayna polisi Kiyevin  mərkəzində Ali Radanın deputatı tərəfindən bir nəfərin döyülməsi ilə bağlı araşdırma aparır. 

32gun.az bildirir ki, bu barədə açıqlama Milli Polisin Kiyev departamenti Telegram kanalında bildirib. 

“Peçersk rayon polis şöbəsinə bir nəfərdən döyülməsi barədə məlumat daxil olub. Zərərçəkmiş qeyd edib ki, onu Ukraynanın xalq deputatı vurub”, - məlumatda deyilir.

Deputatın adı çəkilmir, hadisənin Kiyevin mərkəzində baş verdiyi qeyd edilir.

Şikayətçi polis idarəsindədir, hadisə ilə bağlı protokol tərtib olunub, hadisə ilə bağlı araşdırma aparılır.

RBC-Ukrayna agentliyinin mənbələrinə görə, söhbət deputat Aleksandr Kunitskidən gedir.

Ukrayna Pravoslav Kilsəsinin (OCU) mitropoliti Klement sentyabrın 10-da axşam saatlarında Kiyevdə döyülüb . Klement Müqəddəs Mixail monastırı istiqamətində gedərkən ona üç nəfər hücum edib. Din xadiminin sözlərinə görə, onu dayandırmaq üçün naməlum şəxslərdən biri ona qışqırıb: "Vladika, xeyir-dua!" Polis araşdırmaya başlayıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
32gun.az

1Mənbələr