AZ

İsrailin xüsusi təyinatlıları Suriyada silah zavodunu məhv edib

İsrail Müdafiə Qüvvələri (IDF) xüsusi təyinatlıları keçən həftə sonu Həma əyalətinin Masyafa şəhərində ballistik raket və pilotsuz təyyarələr istehsal edən zavodu məhv etmək üçün Suriya ərazisinə reyd keçirib.

32gun.az xəbər verir ki, bu barədə Middle East Eye nəşri məlumat yayıb. 

Hərbi obyektin İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus olduğu qeyd edilir. Fabrikdə Livan Hizbullah hərəkatının istifadə etdiyi silahlar istehsal edilib.

Müəssisənin on ildən artıq fəaliyyət göstərdiyi və 2023-cü ildə İsrailin artıq hava hücumları təşkil etdiyi bildirilir. Nəşrin məlumatına görə, bu dəfə əməliyyat giriş yollarına, müəssisələrdəki təhlükəsizlik məntəqələrinə, həmçinin Suriya hərbi təhlükəsizlik xidməti ilə əlaqəli qərargahlara zərbələr endirməklə başlayıb. Daha sonra hərbi helikopterlər xüsusi təyinatlıları obyektə çatdırıb, hücum helikopterləri və pilotsuz uçuş aparatları isə düşmən qüvvələrinin yaxınlaşmasının qarşısını almaq üçün havanı barrikada ediblər.

İsrail xüsusi təyinatlıları bir saata yaxın yerdə əməliyyat aparıblar. Bu müddət ərzində onlar müəssisənin ərazisinə daxil olaraq, maraqlandıqları avadanlıqları və sənədləri götürərək zavodu minalayıb partladıblar. Bundan sonra İsrail qüvvələri bölgədən geri çəkilib.

Xatırladaq ki, sentyabrın 8-nə keçən gecə İsrail hava qüvvələrinin Suriyanın mərkəzi hissəsindəki bir sıra hərbi obyektlərə endirdiyi zərbələr nəticəsində azı 16 nəfər həlak olub.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
32gun.az

1Mənbələr