AZ

ABŞ PUA istehsalını artıracaq

Bakı. Trend:

ABŞ Ukraynadakı münaqişə nəticəsində əldə etdiyi təcrübəninəzərə alaraq pilotsuz uçuş aparatlarının istehsalınıartıracaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ ordusunun katibi KristinUormut bildirib.

"Pilotsuz uçuş aparatlarına, PUA-lara müqavimət göstərilməsinəvə elektron müharibə imkanlarına investisiyaların əhəmiyyətlidərəcədə artdığını görəcəksiniz", - deyə o qeyd edib. K.Uormutbildirib ki, ABŞ-nin gələn il üçün hərbi büdcəsi bu istiqamətlərüzrə artırılacaq ki, bu da Ukraynada baş verənlərin “birbaşanəticəsidir”.

Pentaqonun nümayəndəsi əlavə edib ki, ABŞ ordusu Ukraynamünaqişəsindən “çoxlu dərslər” götürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
az.trend.az

1Mənbələr