Lionel Messinin də formasını geydiyi “İnter Mayami” heyətinə yeni futbolçu cəlb edib.
ABŞ klubunun mətbuat xidmətinin məlumatına görə, MLS təmsilçisi qapıçı Oskar Ustarini transfer edib. Tərəflər müddəti 2024-cü ilin sonuna qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
38 yaşlı Ustarinin sonuncu klubu “Audaks İtalyano” olub. O, karyerası ərzində “İndependyente”, “Xetafe”, “Boka Xuniors”, “Almeriya”, “Sanderlend”, “Atlas”, “Liverpul” (Uruqvay) və “Paçuka”da da çıxış edib.
Oskar Argentina yığmasında 2 oyun keçirib. Onun 2008-ci il Olimpiadasında milli komandanın əsas qapıçısı olduğunu da bildirək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta