AZ

Kurskda şiddətli döyüşlər gedir - 10 yaşayış məntəqəsi geri alınıb

Rusiya Müdafiə Nazirliyi, Ukrayna qüvvələrinin avqust ayında Rusiyanın Kursk sərhəd bölgəsində ələ keçirdiyi 10 yaşayış məntəqəsini geri aldığını açıqlayıb.

Bizimxeber.az bildirir ki, Rusiyanın "Şimal bölmələri" iki gün ərzində Snaqost ətrafındakı əraziləri yenidən nəzarətə götürüb.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın "Ukrayna planına uyğun əks-hücum hərəkətləri" həyata keçirdiyini təsdiqləyib.

Kursk vilayətində döyüşən ukraynalı zabit isə vəziyyətin ağır olduğunu və Ukrayna qüvvələrinin üstünlük əldə edə bilmədiyini bildirib.

Bu arada, Rusiya qüvvələri Ukraynanın şərqindəki Pokrovsk şəhərinə yaxınlaşıb və burada şiddətli döyüşlər davam edir. 

ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu Rusiyanın əks-hücumlarının nəticələrini qiymətləndirməyin hələ tez olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
bizimxeber.az

1Mənbələr