AZ

Ukrayna XİN Putinin səfəri ilə əlaqədar Monqolustana etiraz edib

Sentyabrın 12-də Ukrayna Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Monqolustana səfəri ilə əlaqədar Monqolustan tərəfinə demarş elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.
Demarş Ukrayna tərəfinin dəvəti ilə Ulan-Batordan Kiyevə gələn Monqolustan Xarici İşlər Nazirliyinin Avropa və Afrika Departamentinin baş direktoru Qanxuray Battunqalaq ilə görüş zamanı elan edilib.

Bildirilir ki Ukrayna bu cür hərəkətləri lazımi reaksiyasız qoymayacaq. Xarici İşlər Nazirliyindən bildirilib ki, Monqolustanın qəbul etdiyi qərar ikitərəfli münasibətlərin gələcək inkişafında nəzərə alınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
ucnoqta.az

1Mənbələr