AZ

Zelenskidən Rusiyaya ağır ittiham

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Qara dənizdə Misirə gedən buğda yüklü yük gəmisinə raket zərbəsi endirdiyini iddia edib.

Zelenski sosial media hesabından bu barədə paylaşım edib: “Rus raketi Misirə gedən buğda dolu yük gəmisini vurdu. Bu gün Qara dənizdə baş verən hücumda bir sıravi mülki şəxs Ukrayna ərazi sularını tərk etdikdən dərhal sonra öldürülüb”.

Ukraynanın qlobal miqyasda ərzaq təhlükəsizliyinə töhfə verən ölkələrdən biri olduğuna diqqət çəkən Zelenski, “dünyadakı onlarla ölkənin daxili sabitliyi və yaşayışı ərzaq ixracı dəhlizlərinin normal və problemsiz işləməsindən asılıdır”, – deyib.

Zelenski limanlarını, Qara dənizi və qlobal bazara ərzaq tədarükünü qorumaq üçün əllərindən gələni etməyə davam edəcəklərini bildirib: “Həyatların qorunması Ukrayna üçün əsl prioritetdir və bu, hər bir ölkə üçün belə olmalıdır. Biz dünyanın reaksiyasını gözləyirik. Buğda və ərzaq təhlükəsizliyi heç vaxt raketlərin hədəfi olmamalıdır”.

Prezident Zelenski başqa bir yazısında da bu gün Rusiyanın Donetsk vilayətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar missiyasına məxsus avtomobillərə hücum edildiyini və hücumda 3 nəfərin həyatını itirdiyini bildirib.

Seçilən
79
vaxt.az

1Mənbələr