№ 405 Bakı şəhəri, 6 sentyabr 2024-cü il
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 564 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 3 avqust tarixli 374 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilsin (əlavə olunur).
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə – “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilsin (əlavə olunur).
3. Həmin Qərarla təsdiq edilmiş 4 nömrəli əlavə – “Ayrı-ayrı elm sahələri üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin doktorantura (dissertantlıq istisna olmaqla) səviyyəsində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” yeni redaksiyada verilsin (əlavə olunur).
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri