AZ

İranda 3 sərhədçi güllələndi

İranın cənub-şərqində naməlum silahlı şəxslər üç sərhədçini öldürüb, bir mülki şəxsi isə yaralayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Belə ki, Pakistan sərhədinə yaxın Sistan və Bəlucistan əyalətinin cənub-şərqindəki Mircave əyalətində avtomobildə olan silahlı şəxslər sərhəd alayının maşınına atəş açaraq iki əsgər və bir zabiti öldürüblər. Bir mülki şəxs yaralanıb.

“Ceyş əl-Adl” silahlı qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, apreldə sözügedən əyalətdə iki ayrı toqquşmada azı 22 İran polisi həlak olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
qafqazinfo.az

1Mənbələr