AZ

Şərurda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin"112" qaynar telefon xəttinə Şərur şəhərində 1 nəfərin (uşaq)mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədəməlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumat qəbul ediləndəndərhal sonra Nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsininmüvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində mənzilin girişqapısı açılıb və uşaq ailəsinə təhvil verilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
az.trend.az

1Mənbələr