AZ

Maşın təkəri, “Rolex”... - Otellərdə unudulan ən qəribə əşyalar

Aparılan yeni sorğulara görə, turistlərin oteldən çıxarkən orada unudutduqları ən qəribə əşyaların hansılar olduğu məlum olub.

“Qafqazinfo” “The Independent” nəşrinə istinadən xəbər verir ki, dünya üzrə 400-dən çox otelə ünvanlanan sorğuların nəticələrinə əsasən siyahının başında çirkli paltarlar, şarj cihazları digər şəxsi əşyalar gəlir.

Unudulan ən qəribə əşyalar arasında ayaq gipsləri, diş protezləri, kərtənkələ və cücə kimi heyvanlar, maşın təkəri, “Rolex” saat və “Hermes” brendinə məxsus çanta da var.

Bundan əlavə, bəzi otellər deyib ki, qonaqlar getdikdən sonra otaqlarda blender və tikinti boruları da tapıblar.

Otel qonaqlarından geriyə qalan ən çox yayılmış əşyalara isə şarj cihazı, “Power bank”, adi geyimlər, kirli paltarlar, eləcə də alt paltarları və makiaj ləvazimatları daxildir.

Seçilən
205
5
qafqazinfo.az

6Mənbələr