AZ

Tramp Harrislə debatın ikinci raundundan imtina edib

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi, vitse-prezident Kamala Harrislə debatların ikinci raundundan çəkildiyini bildirib...

Poliqon xəbər verir ki, siyasətçi bu barədə özünün Truth Social sosial şəbəkəsində yazıb.

Birinci debatdan bir gün sonra Tramp NBC və ya Fox News telekanallarında debatların ikinci raunduna razılaşacağını söyləsə də, dünən, sentyabrın 12-də o, tədbirin xanım Harrisin mövqeyini yaxşılaşdırmaq şansı olacağını əsas gətirərək onları keçirməkdən imtina edib. Respublikaçı əmindir ki, ilk debatda ən yaxşı nəticəni göstərib.

“Sorğular açıq-aydın göstərir ki, mən çərşənbə axşamı gecəsi radikal solçu Demokratlar Partiyasının namizədi Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal yeni debata çağırdı... Üçüncü debat olmayacaq”, deyə Tramp sosiaı şəbəkədə yazıb.

Kamala Harris deyir ki, seçicilərin növbəti prezident debatına ehtiyacı var.

“İki gün əvvəl Donald Trampla ilk debatımız oldu. Biz seçicilərə daha bir debat keçirməyi borcluyuq”, deyə Harris sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Donald Tramp seçki yarışında ilk debatını prezident Co Baydenlə keçirib. Donald Tramp və Kamala Harris arasında debat isə sentyabrın 10-da baş tutub. Həm mühafizəkar, həm də liberal müşahidəçilərin fikrincə, Harris bi debatda qalib gəlib.

Poliqon.info

Seçilən
108
50
poliqon.info

10Mənbələr