“Qarabağ” və Əlcəzair millisinin yarımmüdafiəçisi Yassin Benzia Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Sportinfo.az “Fennec Football”a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu milli komandasının uğurlu nəticəsi haqda bunları deyib:
"Çətin hava şəraitinə baxmayaraq, ilk hissəni çox yaxşı keçirdik. Amma ən önəmlisi 3 xaldır.
Biz məşqçinin göstərişlərinə əməl etdik, onun bizdən hansı oyun oynamağımızı istədiyini anlamağa başlayırıq. Növbəti matçlara hazırlaşmaq üçün vaxtımız var".
Benzia Liberiya ilə görüşdə 77 dəqiqə meydanda olub.