AZ

Məhkəmə tanışlarının 116 min manat “atan” şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Malik Əşrəfovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Malik Əşrəfov Bakı şəhəri ərazisində 4 nəfər tanışına qarşı dələduzluq edib. O, həmin şəxslərdən birinə Qubada daş karxanasını icarəyə götürərək işlətmək və digər üçünə isə rayondan kənd təsərrüfatı məhsulları alıb Bakı şəhərinə gətirərək satıb birlikdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verib. Təqsirləndirilən şəxs 2022-ci ilin müxtəlif aylarında bu yolla zərərçəkmişlərin ümumilikdə 116 350 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdi.

 

Kamal Məmmədov

Tarix: 13 Sentyabr 2024, 08:36   
Seçilən
89
1
pravda.az

2Mənbələr