Rusiya nüvə sınaqlarını sınaqdan keçirməlidir. Bu, bəşəriyyətin düşünməsinə" kömək edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib.
“Biz haradasa, hansısa sınaq meydançasında nüvə partlayışı etməliyik. İndi ölkəmizdə nüvə sınaqları qadağandır, lakin bəlkə insanlar bütün bunların həqiqətən nəyə gətirib çıxardığını görməlidirlər”, - Andrey Kolesnik qeyd edib.
Deputatın sözlərinə görə, nüvə sınaqlarına qoyulan moratorium aradan qaldırılarsa, çox güman ki, “bəşəriyyət bu barədə düşünəcək”.
Kolesnik Ukrayna Silahlı Qüvvələrinin bölgədəki hərəkətləri səbəbindən Kursk AES-də yaranmış gərgin vəziyyətə belə cavab verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Kiyevin addımları Çernobıl fəlakəti ilə müqayisə oluna biləcək nüvə fəlakətinə səbəb ola bilər.