AZ

Həbsdə olan Əlixan Məhərrəmli azadlığa çıxa bilmədi

Bakı Apellyasiya Məhkəməsində Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Məhərrəmli tələbə qız və onun anasından hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
 

Qeyd: Ə.Məhərrəmli 2018-ci ildə Kayseri Şəhəri Azərbaycanlı Tələbələr Birliyinin, 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub.
 

İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib. S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.
 

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib.

 

Kamal Məmmədov

 

Tarix: 13 Sentyabr 2024, 09:16   
Seçilən
108
3
pravda.az

4Mənbələr