AZ

50 min erməni Zəngəzurdan qaçdı

“2020-ci il müharibəsindən sonra Tavuş, Sünik (Zəngəzur) və Qeqarkuniki (Göyçə mahalının Çəmbərək kəndi) 50 min insan tərk edib”.

Publika.az
xəbər verir ki, bu barədə Qarabağdan İrəvana qaçan separatçıların keçmiş qondarma “rəsmisi” olmuş Hayk Xanumyan deyib.

O bildirib ki, bu, Ermənistan üçün ciddi problemdir: “İnsanlar Qarabağda baş verənlərdən qorxuya düşərək, sərhəd bölgələrini tərk edirlər. Hakimiyyət isə heç bir iş görmür. Bu o deməkdir ki, Ermənistanın təhlükəsizliyi risk altındadır”.

Separatçı qeyd edib ki, Qarabağda baş verənlər (separatizmin ləğv edilməsi-red) bir gün Ermənistanın başına gələ bilər.

Asif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
5
publika.az

7Mənbələr