Ermənistanın Meğri yolunun (Zəngəzur dəhlizi) bağlanması məsələsini müzakirə etməkdən imtina etməklə, həm regional logistika inteqrasiyası perspektivini pozur, həm də Rusiya və İranın regionda təsirini gücləndirir.
Ölkə.Az xəbər verir ki, bunu keçmiş separatçı Samvel Babayan ğz məqaləsində yazıb.
Babayanın fikrincə, Ermənistanın Meğri yolundan (Zəngəzur dəhlizindən-red) imtina etməsi nəticəsində Gürcüstan Çin, Rusiya, Mərkəzi Asiya və Azərbaycanı Türkiyə ilə birləşdirən quru əlaqəni təmin edən əsas regional tranzit ölkə olaraq qalacaq.
Babayan hesab edir ki, Ermənistan Meqri yolunu açarsa, o zaman Gürcüstan tranzit gəlirlərinin əhəmiyyətli hissəsini itirəcək.
Mürtəza
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta