AZ

"Formula 1" yarışlarına azarkeşlərin gətirməsi qadağan olunan əşyalar açıqlanıb - SİYAHI

Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.
Həmçinin
- Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla)
- Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla)
- Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla)
- Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar
- Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter
- Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla)
- Dronlar və digər uçan cihazlar,
- Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri
- Soyuducu qutular, pikinik üçün səbətlər
- Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar
- İri əşyalar və bel çantaları,
- Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər
- Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
24
apa.az

10Mənbələr